Ölkə

“Onları belə qarşılamağı təsəvvür etmirdik” – Türkiyəli diplomat

“Onları belə qarşılamağı təsəvvür etmirdik” – Türkiyəli diplomatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Doğrusu, bu gəncləri ölkələrinə xidmət edəcəyi ümidi ilə gözləyirdik. Amma onları belə qarşılamağı təsəvvür etmirdik”.

Bunu 7Times.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel deyib. Diplomat azərbaycanlı tələbələrin Türkiyədə baş verən zəlzələdə həlak olmasından kədərləndiyini bildirir və valideynlərinə başsağlığı verib:

“Biz qardaş ölkəyik. Bu hamımızın acısıdır. Allah ailələrinə səbr versin. Həqiqətən də onları belə qarşılamaq ailələri və hamımız üçün çox çətindir. Başda mərhumların valideynləri olmaqla azərbaycanlı qardaşlarımıza dərin hüznlə başsağlığı diləyirəm. İnşallah hamımız birgə, ən başda Türkdilli dövlətlərin dəstəyi ilə bu çətinliyin öhdəsindən gələcəyimizə inanırıq”.

7Times.az