Türkiyənin T24 saytının siyasi şərhşisi Barçın İnanc Ermənistanla sərhədlərin açılması məsləsinə toxunub.
7Times.az xəbər verir ki, Barçın İnancın sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında hazırkı gərginlik fonunda Ankara Ermənistanla sərhədi açmaq qərarı verməyəcək.
Onun sözlərinə görə sərhədlərin açılması istiqamətində atılacaq hər hansı addım münasibətlərdəki gərginliyi daha da artırar, Azərbaycanı Ermənistana qarşı mövqeyini sərtləşdirməyə vadar edər və region üçün əhəmiyyətli layihələrin həyata keçirilməsini gecikdirər.
Bu səbəbdən Türkiyə Ermənistanla sərhədləri açarkən Azərbaycanın mövqeyini nəzərə alacaq.
Modern.az
Follow @7timesaz


