Ölkə

Bakıda 15 mərtəbəli binaya iki mərtəbə əlavə edildi – Aidiyyatı qurumlar illərdir ki, SUSUR!

Bakıda 15 mərtəbəli binaya iki mərtəbə əlavə edildi – Aidiyyatı qurumlar illərdir ki, SUSUR!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 15 mərtəbəli binaya iki mərtəbə əlavə edildi – Aidiyyatı qurumlar illərdir ki, SUSUR!

Türkiyədə baş vermis, minlərlə insanın ölümünə, yüz minlərlə insanın evsiz qalmasına səbəb olmuş 7.7 ballıq zəlzələdə minlərlə yaşayış binasının dağılması bir çox Bakı sakinində də narahatlıq və suallar yaradıb. Yaşanan dəhşətli zəlzələdən sonra Bakı sakinlərinin yaşadıqları binanın necə tikilməsi ilə bağlı narahatlığı yenidən artmağa başlayıb. 

Bakıda 15 mərtəbəli binanın sakinləri təhlükəli vəziyyətdə yaşayırlar. Buna səbəb istifadəyə verilən binanın üstündə əlavə iki mərtəbənin tikilməsidir. Çoxmərtəbəli binalarda sonradan edilən əlavələr isə təhlükə yaradır. Qanunsuz həyata keçirilən bu tikintilərin bəzilərinin qarşısı alınsa da, çox sayda belə tikili olduğu kimi qalır.

7Times.az xəbər verir ki, hazırda sözügedən tikinti paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ”V” massivi, 13M ünvanındakı 15 mərtəbəli binanın üstündə aparılır.

Tikiniti işi “ARKO” MMC tərəfindən həyata keçirilir. Hazırda əlavə olaraq iki mərtəbənin tikintisi aparılır. Bəs tikintinin aparılmasına hansı dövlət qurumu və niyə icazə verib?.

Yaşayış olan binanın üstündə daha iki mərtəbə tikilməsinə qanun icazə verirmi? Bir neçə il öncə bu problem mediada ictimailəşdirildikdən sonra Suraxanı rayon İcra Hakimiyyətindən bildirilib ki, tikinti işləri dayandırılıb. Görünür ki, Suraxanı rayon icra hakimiyyəti yalan deməklə insan həyatını heçə sayır. Hazırda sözgüedən binada əlavə ikimərtəbə olduğu kimi qalmaqdadır.

Həmin ünvanda yaşayan sakinlərin 7Times.az-a bildirdiyinə görə, bina tikilərkən 15 mərtəbə nəzərdə tutulub və “Badi Kubə” MTK tərəfindən istifadəyə verilib. Artıq bir neçə ildir ki, ”ARKO” MMC  tikinti şirkəti yaşayış olan binanın üstündə daha iki mərtəbənin tikintisinə başlayıb.  Aldığımız məlumata görə, “Badi Kubə” MTK və ”ARKO” MMC arasında illərdir davam edən anlaşılmazlıq bu gün də öz həllini tapmayıb. Qısa arayış olaraq bildirək ki, “ARKO” MMC ilə “Badu Kubə” MTK arasında torpaq və tikinti üstündə başlayan bu qalmaqalın tarixi 2005-ci ildən başlayır.

Sakinlər deyirlər ki, tikintinin aparılması onlar üçün olduqca təhlükəlidir. Ordan hər vaxt daş qırığı və digər tikinti materiallarının qalıqları yerə düşür. Sakinlər eyni zamanda deyirlər ki, onların etirazına baxmayaraq tikintini aparan şəxs demək olar ki, tikintini davam etdirib. Onlar bununla bağlı dəfələrlə aidiyyatı üzrə bir neçə yerə müraciət ediblər. Lakin problem həllini tapmayıb. Maraqlıdır ki, ssakinlərin narazılığına səbəb olan binanın zəlzələyə davamlıdır? Yəgin o qədər davamlıdır ki, əlavə iki mərtəbə də artırılır. Görəsən, hansı qurum tərəfindən zəlzələyə davamlılıq eskertizası aparılıb?…

Mütəxəssislərin fikrincə, şəhərsalma qaydalarına zidd olaraq, yüksək mərtəbəli yaşayış binalarının yaxın məsafədə olması və qanunsuz olaraq mərtəbələrin artırılması zamanı zəlzələ baş verərsə, fəlakətə səbəb ola bilər. Onların fikrincə, hətta özülü möhkəm bina zəlzələyə davam gətirsə belə, yanındakı bina aşarsa, onda da fəsad yaradacaq, hətta bəlkə aşıracaq da.

Qeyd edək ki, qanunla bina tikilib istismara verildikdən sonra orada əlavə dəyişiklərin aparılmasına icazə yoxdur. Bununla bağlı inşaat şirkətləri üzərinə öhdəlik götürürlər.

Unutmayaq ki, bu cür məsuliyyətsiz hərəkətlər gələcəkdə daha böyük fəlakətlərə yol aça bilər.

7Times.az