Ölkə

“Hətta, Nadiri tənqid eləsəm məndən inciməz” – Afət Fərmanqızı

“Hətta, Nadiri tənqid eləsəm məndən inciməz” – Afət Fərmanqızıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün müğənni Nadir Qafarzadə ona Türkiyədəki təbii fəlakətdən sonra təmtaraqlı doğum günü məclisini keçirdiyinə etiraz edən Qəşəm Niftəliyev adlı Bakı şəhər sakinini təhqir edərək onun ünvanına alçaldıcı ifadələr yazmışdı. O sözügedən mesajları redaksiyamıza təqdim edib.

Müğənni Afət Fərmanqızı 7Times.az-a açıqlamasında deyib ki, həmin izləyicinin mesajından sonra fikir bildirə bilər:

“Mən görmədiyim, bilmədiyim nəyəsə fikir bildirə bilmərəm. Sizə sual edirəm ki, o adamın Nadir Qafarzadəyə yazdığını mənə göstərin ki, fikrimi bildirim. Oğlan deyir ki, mən mədəni formada yazmışam. Təbii ki, oğlan elə deyəcək. Ola bilsin ki, həmin izləyicinin mədəni dediyi tənqid yox təhqirdir. Ona görə də mən bu barədə fikrimi bildirə bilmirəm. Mən də hamıya qoşulub, pafoslu nəsə deyə bilərəm. Amma, Allah görür. Günah niyə qazanımki?…Göstərin onun yazdığını, mən də fikirlərimi bildirəcəm. Heç kimdən də qorxmuram. Heç Nadir də məndən incimiyəcək. Hətta, Nadiri tənqid eləsəm məndən inciməz. Nadir də məni o qədər tənqid edib. Burda nə varki?…”.

7Times.az