İdman

London klubu 40 milyona satdığı futbolçunu geri qaytarır

London klubu 40 milyona satdığı futbolçunu geri qaytarırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən yay 40 milyon avro qarşılığında “Çelsi”dən “Roma”ya transfer olunan Tammi Abraham əks marşrutla İngiltərəyə dönə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı “Calciomercato” yayıb.

 

Armando Broyanın ciddi zədələnməsindən sonra hücumçu axtarışlarını sürətləndirən London klubunun əsas prioriteti “Napoli”nin nigeriyalı ulduzu Viktor Osimheni gətirməkdir, Abraham isə alternativ variantdır.

Joze Mourinyonun rəhbərlik etdiyi “Roma”da 15 liqa matçında cəmi üç qol vuran forvarda sərfəli təklif olacağı halda, İtaliya klubu ona “yaşıl işıq” yandıracaq.

Qeyd edək ki, Tammi Abraham 2016-2021-ci illər aralığında “Çelsi”də oynayıb. 25 yaşlı forvardın müqaviləsindəki xüsusi bəndə əsasən, “zadəganlar” 2023-cü ilin yayında 80 milyon avro ödəyərək onu geri qaytara bilər.