Ölkə

Separatçılardan Bakının təklifinə qəbuledilməz CAVAB

Separatçılardan Bakının təklifinə qəbuledilməz CAVABbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda yaşayan erməni sakinlərin Bakıya görüşə dəvət olunması separatçıları ciddi şəkildə narahat edib. Onlar belə bir görüşün baş tutmasını əngəlləmək üçün media vasitəsilə təxribatçı fikirlər irəli sürməyə başlayıblar.

7Times.az  xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı məlumata görə, Arayik Arutyunyanın başçılıq etdiyi separatçılar Bakının dəvətini qəbul etməmək üçün təxribatçı təkliflər irəli sürüblər.

 

Bildirilib ki, Bakıda görüşün baş tutması üçün Laçın-Xankəndi yolunda 93 gündür davam edən ekoloji aksiya dayandırılmalı, Xankəndidə yerləşən qondarma qurum tərəf kimi qəbul edilməlidir.

 

Separatçıların bu cür yanaşma sərgiləməsi gözlənilən idi. Məqsəd sülh prosesini ləngitmək, Rusiya sülhməramlılarının olduğu ərazilərdə vəziyyəti gərginləşdirməkdir. Azərbaycan Prezident Administrasiyasının Qarabağ ermənilərinə müraciət etdiyi gün Ermənistan silahlı qüvvələrinin ordumuzun mövqelərini atəşə tutması da təsadüfi deyil. İrəvan bu addımla destruktiv mövqedən geri çəkilmək niyyətində olmadığını bir daha göstərib.

 

Onu da bildirək ki, Azərbaycan tərəfi yalnız dinc ermənilərlə danışıqlar aparacağını, separatçıların isə heç vaxt tərəf kimi qəbul edilməyəcəyini dəfələrlə bəyan edib.

Qeyd edək ki, Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunub. Bundan öncə ilk görüş Xocalıda baş tutub.

Modern.az