Sosial

“Abonentlərin şikayəti əməkdaşlarımızdan qaynaqlanır” – “Azəriqaz”ın Baş direktorundan ETİRAF

“Abonentlərin şikayəti əməkdaşlarımızdan qaynaqlanır” – “Azəriqaz”ın Baş direktorundan ETİRAFbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu günə qədər 20-dən çox “Açıq mikrofon” layihəsi həyata keçirmişik. Bu layihə çərçivəsində baş tutan 16 görüş məhz abonentlərlə reallaşıb, digər 4 görüş isə sahibkarlarla baş tutub”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev APA TV-nin “Yerində” proqramının suallarını cavablandırarkən deyib.

Baş direktorun sözlərinə görə, bu görüşlərdən sonra 15 yaşayış massivində qazlaşdırmaya başlanılıb: “Digərlərinin də qazlaşdırılması nəzərə tutulur. Şikayətlərin əsas mahiyyəti qaz təchizatı ilə təmin olunma, sayğacların dəyişdirilməsi, cərimələr və hər hansısa bir əməkdaşımızın qeyri-etik hərəkəti təşkil edir. “Açıq mikrafon” layihəsinin reallaşması həmkarlarımızın hardasa yol verdiyi qanunsuz hərəkətlərin aydınlaşması baxımından da vacibdir. Çünki vətəndaş tərəfindən hər hansısa bir əməkdaşımızla bağlı şikayət daxil olduqda bu bizim tərəfdən böyük qınaqla qarşılanacaq və həmin əməkdaş qanun çərçivəsində tərəfimizdən cəzalanacaq. Bu baxımdan da onlar öz işlərində məsuliyyətlərini ikiqat artırmış olacaqlar. Bu günə kimi hətta qanunsuz addım atan bəzi əməkdaşlar işdən çıxarılıblar. Mən bizə daxil olan müraciətlərə abonent tərəfindən baxdığım üçün hesab edirəm ki, bütün müraciət edən şəxslər haqlıdır. Əgər hər hansısa bir abonent bu şikayəti edirsə deməli “Azəriqaz” İstehsalat Birliyinin hansısa əməkdaşı yerində işini düzgün qurmayıb. Biz abonentləri vaxtı-vaxtında məlumatlandırmırıq ki, abonentdə məlumatsızlıqdan bu şikayəti yazır. Biz də araşdırdıqdan sonra nöqsan aşkarlandısa işdən çıxarılma və əməkhaqqının kəsilməsi kimi cəzalar tətbiq edilir. Biz xidmət təşkilatıyıq, həmkarlarımız anlamalıdır ki, bizim amalımız abonentə xidmət göstərməkdir”, – deyə Ruslan Əliyev qeyd edib.