ABŞ Ukraynanı Rusiyanın enerji obyektlərinə hücumları dayandırmağa çağırıb.
7Times.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Qeyd olunub ki, Vaşinqton dünya bazarında neftin qiymətinin artmasından və Rusiyanın cavab tədbirlərindən ehtiyat edir.
Bildirilib ki, ABŞ Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin yüksək vəzifəli məmurlarına dəfələrlə bu barədə xəbərdarlıq edib.
ABŞ-nin Ukraynanın bu israrlı hücumlarından məyus olduğu iddia edilir.
Qeyd edək ki, Ukrayna son zaman Rusiya ərazisindəki neft bazalarına intensiv hücum edir. Sonuncu belə hücum martın 12-də olub.
Follow @7timesaz