Gündəm

“Absheron City” qanunvericiliyi pozur – İnsanlar hər an ölümlə üz-üzədir…

“Absheron City” qanunvericiliyi pozur – İnsanlar hər an ölümlə üz-üzədir…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət öncə Xırdalan şəhərində tikintisi davam etdirilən “Absheron City” yaşayış kompleksində yaranmış təhlükəli vəziyyətin görüntüsü yayılmışdı. Videodan məlum olur ki, küləkli hava şəraitinə baxmayaraq binada fasad işləri davam etdirilir. Həmçinin güclü küləyin təsiri nəticəsində binanın dam örtüyünün bir hissəsi qopub və hissə-hissə uçaraq yerə düşür.

7Times.az-ın əməkdaşına danışan sakinlər narazılığını bildiriblər. Onlar bu tip qorxulu halların tez-tez yaşandığını vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. Məcəlləyə 2-ci əlavəyə görə, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Həmçinin tikinti işləri görüldükdə küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılır. Təəssüf ki, “Absheron City” yaşayış kompleksində işçilərin həyatı dəyərləndirilmir. Ən əsası isə, qanunvericilik
kobud şəkildə pozulur.

Görəsən, sözügedən şirkət binanı bu şəkildə inşa etməkdə məqsədi nədir?…Türkiyədə baş verən zəlzələdə minlərlə insanın həyatını itirməsi dərs olmadımı?…

Digər tərəfdən binanın fasadının zəif olması və dam örtüyün qoparaq düşməsi insan həyatı üçün təhlükə yaradır. Çoxmərtəbəli binanın o hala düşməsi lap faciədir. Konstruktiv möhkəmliyin zəif olması nəticəsində binalar təbii fəlakətə tab gətirə bilmir. Ucuz başa gəlsin deyə konstruksiya baxımından texniki şərtləri ixtisara salmaq belə, fəsadlara gətirib çıxara bilər.

Bu kimi halların qarşısını almaq üçün aidiyyəti dövlət qurumları, Memarlıq və Şəhərsalma Baş İdarəsi mübarizə aparmalıdır. Çünki təbii fəlakətlər olanda nəticəsi çox acınacaqlı olur.

Ümid edirik ki, aidiyyatı orqanlar sözügedən binanın zəlzələyə davamlılığını yenidən yoxlamalıdır. Yoxsa,gələcəkdə baş verən faciələrdən qurtulmaq heç də qaçılmaz olmayacaq.

Unutmayaq ki, bu cür məsuliyyətsiz hərəkətlər gələcəkdə daha böyük fəlakətlərə yol aça bilər.

PS. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

7Times.az