Ölkə

Abxaziyada xidmət etmiş komandiri Qarabağa göndərməklə Rusiya kimə hansı mesajı verir?

Abxaziyada xidmət etmiş komandiri Qarabağa göndərməklə Rusiya kimə hansı mesajı verir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovu general-mayor Mixail Kosobokov əvəz edəcək.
Təzə komandirin soyadı kiminsə dodağını qaçıra bilər, amma əsas odur ki, generalın başqa bir separatçı bölgədən gəlməsi, o bölgə ki, oranı Rusiya müstəqil dövlət kimi tanıyıb, istər-istəməz düşünməyə vadar edir: məhz Abxaziyada uzun müddət xidmət etmiş komandiri Qarabağa göndərməkdə Rusiyanın perspektiv planı nədir?
Gürcüstan Respublikasına aid Abxaziya Rusiya tərəfindən işğal edilib və orada yaratdığı separatçı rejimi müstəqil dövlət kimi tanıyıb. Abxaziya rejiminin idarəetmə şərtləri ilə Qarabağda sülhməramlı missiya rolunun, idarəetməsinin fərqləri var. Bu fərqlərə Kosobokovun alışacağı və ya əyri yandan baxacağı suallar yaradır.
Rusiyada ermənilərin kompakt yaşadığı Krasnodar vilayətində, Rostovda xidmət keçmiş, doğulduğu Krımın (Sevastopolda anadan olub) da separat bir bölgəyə çevrildiyini nəzərə alsaq, Ryazan desant məktəbini bitirmiş, Abxaziyada separatçı rejimin möhkəmlənməsinə illərdir töhfə vermiş bu generalın gəlişi hələ ki, neqativ təsəvvür yaradır. Arzu edək ki, şübhələrimizdə yanılaq.
Əlbəttə, kim gəlir gəlsin, istəyir müsəlman Rüstəm Muradov, istəyir türkəsilli Şoyqu, istəyir Kosobokov, gələn Rusiyanın maraqlarına xidmət edəcək. Bu ölkənin maraqları bizim maraqlarımıza əsrlərdir ki, tərs mütənasibdir. Yaşayaq.., görək…
Maderator.az