Dünya

Adelin nişan üzüyünün qiyməti bəlli oldu – FOTO

Adelin nişan üzüyünün qiyməti bəlli oldu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qiymətli daşların tərkibini və xassələrini öyrənən, həmçinin onların həqiqiliyini yoxlayan mütəxəssis Aleksandra Miçell britaniyalı müğənni Adelin nişan üzüyünün dəyərini açıqlayıb.

O, zinət əşyasının təxmini qiymətinin 500 min funt sterlinqdən (təxminən 1 milyon manat) baha olduğunu bildirib.

“Adelin üzüyünün mərkəzində səkkiz karat ağırlığında armudvari brilyant var. Bundan əlavə, üzük nibətən kiçik yuvarlaq brilyantlarla bəzədilib. Bu isə o deməkdir ki, üzüyün qiyməti asanlıqla yarım milyon funt-sterlinqi keçir”, – ekspert izah edib.

Məşhurun ​​evlilik təklifini idman agenti Riç Poldan aldığı bildirilir. Cütlüyün münasibətləri hələ 2021-ci ilin iyulunda məlum olub.