Dünya

Adnan Oktara 1000 il həbs verildi

Adnan Oktara 1000 il həbs verildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra cinayətlərdə ittiham edilərək saxlanılan təriqət lideri, “Harun Yəhya” ləqəbli Adnan Oktarın bu gün növbəti məhkəmə prosesi baş tutub.

7times.az xəbər verir ki,  İstanbul 30-cu Ağır Cəza Məhkəməsində Adnan Oktar da daxil olmaqla 236 şübhəli iştirak edib.

Məhkəmə heyəti yekun olaraq qərarını açıqlayıb. Adnan Oktar 1000 ildən çox həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, 2018-ci il 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4  ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.

Əməliyyatdan bir neçə gün sonra isə Adnan Oktarın İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villasından külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi polislər tərəfindən müsadirə edilib.qafqazinfo