Mədəniyyət

Afaq Bəşirqızının səhhətində problem yaranıb

Afaq Bəşirqızının səhhətində problem yaranıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.

7times.az xəbər verir ki, bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib.

Verilişin aparıcısı Elgiz Əkbər qeyd edib ki, aktrisa 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Bildirilib ki, xəstəlik ağır formada yenidən qayıdıb:

“Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib. Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi əvvəlkindən də çox ağrıyır. Afaq xanım uzun müddətdir kök hüceyrə mütəxəsissləri araşdırır”.