Dünya

Afrikada tapılan daş dünya haqqındakı yeni sirri ortaya çıxardı – Yerin ALTINDA…- Foto

Afrikada tapılan daş dünya haqqındakı yeni sirri ortaya çıxardı – Yerin ALTINDA…- Fotobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yer səthinin təqribən 600 kilometr dərinliyində əmələ gələn son dərəcə nadir bir almaz planetin dərinlikləri haqqında təəccüb doğuran məlumatları ortaya çıxarıb.

Beynəlxalq tədqiqat qrupu tərəfindən əldə edilən məlumat planetin dərinliklərində sirli “okean”a işarə edib.

7Times.az xəbər verir ki, Purdue Universitetindən fizik Tinqinq Qunun rəhbərlik etdiyi komanda Botsvanadakı Karove mədənində hasil edilən almazı tədqiq edib.

Almazın əvvəlcə planetin nüvəsinə yaxın bir bölgə olan alt mantiyada əmələ gəldiyi, daha sonra yuxarı mantiyaya doğru irəlilədiyi və nəticədə səthə keçid zonasına çatdığı müəyyən edilib. Tədqiqatçılar almazın tərkibindəki mineralların daşın “su ilə doymuş mühitdə” əmələ gəldiyini göstərməsinə təəccübləniblər. Təhlil edilən almaz yalnız yüksək təzyiq və temperatur altında mantiyada əmələ gələn, lakin suyu yaxşı saxlaya bilən elementin geniş yayıldığı bölgədən gəlib.

Dərinliklərdəki su anbarının çox güman ki, su və ərimiş qaya şlamı olduğu düşünülür. Bu şlam qatının ağlasığmaz dərəcədə geniş ola biləcəyi də ehtimal edilir. Tədqiqat qrupunun fikrincə, keçid zonası təkcə Yer kürəsinin bütün okeanlarındakı suyun ümumi miqdarının 6 qatına qədər ola bilər.

Tədqiqat Yerin su dövranı və onun 4,5 milyard il ərzində bugünkü okeanlara necə təkamül etdiyi haqqında mühüm ipucları verir.