Sağlamlıq

Ağ tutun orqanizmə faydaları – GÜNDƏ 100 QR YEYİN…

Ağ tutun orqanizmə faydaları – GÜNDƏ 100 QR YEYİN…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda tut növlərindən ən zərifi, ən dadlısının mövsümüdür. Şirəli ağ tut uşaqdan yaşlıya insan orqanizmi üçün saysız-hesabsız faydalara malikdir. Başqa meyvələri alıb masaya düzüb yeməyə öyrəşdiyimizdən, ağacdan ayrılandan sonra ömrü az olan bu meyvəni aradabir yeməklə kirfayətlənirik.
Halbuki mövsümündə istər ağ, istər qara tut gün ərzində azı 100 qr yeyilməlidir.

Ağ tutun 10 maraqlı faydasını təqdim edirik:

  1. Qan əmələ gətirir, qanazlığında yeyin – Ağ tutda dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir, qanın keyfiyyətini artırır. Ona görə anemiya, qan azlığı olanlar bu meyvədən ilboyu təzəsini və qurusunu yesinTərlədici, bəlğəmgətiricidir
  2. Orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir, tərlədicidir. Bu məqsədlə tutun şirəsini için. Yarpaqları da, qabıqları da eyni təsir edir.
  3. İmminiteti möhkəmlədir -Tez-tez xəstələnən, zəif insanlar yay-qış yesin. İmmuniteti qaldırır, orqanizmi səfərbər edir, maddələr mübadiləsini yaxşılaşdırır, insanı qüvvətləndiri
  4. Qaraciyəri təmizləyir – Ağ tut qaraciyəri toksinlərdən təmizləyir, işini yaxşılaşdırır, qaraciyər hüceyrələrini yeniləyir
  5. Ürək, qan-damar sağlığını qoruyur – Qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, ürəyə qanın normal işləməsini təmin edir, nəticədə ürək yorulmur. Tut ürək infarktı riskini azaldır, iflici önləyir
  6. Görməni yaxşılaşdırır – Tut şirəsi kompüterdə işləyən insanın gözləri üçün çox lazımdır. Uzun müddət radiasiya və işığa məruz qalan gözlər üçün bol A vitamini mənbəyidir. Retinapatiya  və görmə zəifləməsini yaradan sərbəst radikalları zərərsizləşdirir.
  7. Böyrəkləri təmizləyir – 20 qram ağ tut bir stəkan suda 20 dəqiqə saxlanılıb içiləndə sidikqovucu təsir edir. Sidik kisəsi, sidik yolları, böyrəkləri tut şirəsi yuyur.
  8. Xərçəngə qarşıdır – Tutun tərkibində olan antioksidantlar xərçəngə yoluxma riskini azaldır, xərçəngə tutulmuş insanda isə şişlərin azalmasına səbəb  olar. Xüsusən prostat xərçənginə qarşı təsirlidir.
  9. Qanda şəkəri tənzimləyər – Çox insanlar tut şirindir deyə, diabet xəstələrinə olmaz deyə düşünür. Lakin Amerika Diabet Dərnəyi 20 insan üzərində apardığı təcrübənin nəticəsində məlum oldu ki, tut qanda qlükoza səviyyəsini düşürür.
  10. Dərini gözəlləşdirir -Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini, nəmlənməsini təmin edir, dəri xəstəliklərində sağaldıcı təsiri var. Çox quru dərilərə tut yarpaqlarını əzib zeytun yağı ilə qarışdırıb maska edirlər.
  11. Tut dərini qoruyur, dəri xərçənginə qarşı təsirlidir. Eləcə də saçları sağlamlaşdırır. Tutu qaynadıb suyunu saç köklərinə çəkib, saçları yaxalayın.
  12. Saglamolun.Az