Ölkə

“Alma-Ata Bəyannaməsinə istinadla söhbət qurtarmaz…” – İlqar Məmmədov

“Alma-Ata Bəyannaməsinə istinadla söhbət qurtarmaz…” – İlqar Məmmədovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan danışıqlarda Alma-Ata Bəyannaməsinin necə anlaşıldığı haqda Aİ və Fransa şahidliyi ilə bizim üçün məqbul olan izahı verməyibsə, kimlərsə problemi qurdalamağa davam edəcək”.

7Times.az bildirir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib. O qeyd edib ki, Alma-Ata Bəyannaməsinə istinadla söhbət qurtarmır:

“Alma-Ata Bəyannaməsinə istinad Əliyev-Paşinyan danışıqlarında praktiki məzmunla doldurulmayıbsa, gələcəkdə Rusiyameylli qüvvələr İrəvanda hakimiyyətə yiyələnsə, problemlər davam edəcək. Rusiyada ən yüksək səviyyələrdə dəfələrlə deyilib ki, SSRİ-nin dağılması haqqında qərarlar, o cümlədən Alma-Ata Bəyannaməsi  “İttifaq respublikasının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında” 3 may 1990-cı il qanununu pozub.  Həmin qanun həm respublikanın SSRİ-dən çıxması qaydasını tənzimləyirdi, həm də muxtar ərazilərin 15 İttifaq respublikası tərkibindən çıxmasını…”.

Partiya sədri həmçinin xatırladıb ki, digər tərəfdən ermənilər Alma-Ata Bəyannəməsindən əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqda Azərbaycanda verilən qərarların sözügedən qanun baxımından pozuntu olduğunu iddia edirdi:

“Biz isə bu iddialara qarşılıq olaraq bəzən deyirdik ki, SSRİ dağılan anda keçmiş DQMV eyni qanunun müddəaları yerinə yetirilməklə Azərbaycandan çıxmamışdı deyə tərkib hissəmiz olaraq qalırdı. Beləliklə, Alma-Ata Bəyannaməsinə istinadla söhbət qurtarmaz, onu çeynəmək istəyən çeynəyəcək. Ermənistan onsuz da  30 ildir BMT-yə istinad edirdi”.