Aktual

Almaniya təsdiqlədi: Bu silahlar Ukraynaya göndərilir

Almaniya təsdiqlədi: Bu silahlar Ukraynaya göndərilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökuməti Ukraynaya 30 ədəd “Hepard” özüyeriyən zenit qurğusu, 3 ədəd “Mars” reaktiv yaylım atəş sistemi və IRIS-T hava hücumundan müdafiə sistemləri göndərmək planlarını rəsmən təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.

Bundan başqa, Almaniya Ukraynaya 54 ədəd M113 PDM-ləri (Bu texnika Almaniyanın maliyyəsi ilə Danimarkadan göndəriləcək – red.), 7 ədəd “Pzh 2000” haubitsası, 32 ədəd kəşfiyyat dronu, antidron aparatlar, 5 min dəbilqə, atıcı silahlar üçün 5.8 milyon sursat və 10 min ədəd artilleriya mərmisi göndərəcək.