“Biz Türkiyədən daha çox yardım istərdik…”
“Tank tədarükü məsələsi NATO müttəfiqləri ilə birgə həll edilməlidir…”
“Almaniyanın Ukraynaya tədarük etdiyi silah ona hərbi uğurlar qazandırıb…”
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinə hərbi yardımdan danışıb. O, Ukraynaya silah tədarükünü sürətləndirməyə çağırış edib:
“Biz Türkiyədən daha çox yardım istərdik. Biz Cənubi Koreyadan daha çox yardım istərdik. Biz ərəb dünyasından daha çox yardım istərdik. Asiyadan da həmçinin”.
7Times.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Röyter” agentliyinə verdiyi müsahibəsində bəyan edib.
Zelenski Avropa ölkələrini də unutmayıb.
“Almaniyada Ukraynaya silah tədarük etmək üçün müəyyən psixoloji baryerlər var ki, bu da onun nasist keçmişi ilə bağlıdır”, – Zelenski deyib.
Görünür, prezident bununla kansler Olaf Şoltsun döyüşən ölkəsinə tanklar tədarük etməkdən imtina etdiyinə münasibət bildirib.
Aprel ayında Almaniyanın “Reynmetal” konserni Ukraynaya 100 ədəd “Marder” piyadaların döyüş maşını və 88 ədəd “Leopard” əsas döyüş tankları almağı təklif edib.
Sənayeçilərin sözlərinə görə, texnikaya “çıxış tez olacaq”.
Dərhal ixrac barədə sorğu tərtib edilib, lakin Şolts onu görməzdən gəlir.
Kansler ona istinad edir ki, “təkbaşına hərəkət etmək istəmir”.
Alman siyasətçisini sözlərinə görə, tanklar tədarükü məsələsi NATO üzrə müttəfiqlərlə birgə həll edilməlidir.
Şolts həmçinin bəyan edib ki, Almaniyanın Ukraynaya tədarük etdiyi silah ona hərbi uğurlar qazanmağa kömək edib.
Follow @7timesaz