Mədəniyyət

Anar: “Məndən Təhminənin telefonunu istəyirlər”

Anar: “Məndən Təhminənin telefonunu istəyirlər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox vaxt sual verirlər – Təhminə kimdir, Təhminə neylədi?”

Bu sözləri baku.tv-yə müsahibəsində Xalq yazıçısı Anar söyləyib. O, daha sonra əlavə edib:

“Hətta məndən telefon istəyirlər: Təhminən mobil telefonu var? Onu mənə verin. Obrazdır. Bədii obrazdır bu. Konkret adam deyil. Təhminə də, Zaur da, başqa qəhrəmanlarım da təxəyyülün, bədii fantaziyanın yaratdığı obrazlardır.”

Anar müəllim müsahibədə Azərbaycan Yazıçılar Birliyindən nəsə umanlarla bağlı da maraqlı fikirlər söyləyib:

“Yazıçılar Birliyindən nə umurlar? Təqaüd, vəzifə, fəxri ad, mənzil… Hamını da təmin eləyə bilmərik bunlarla. Umanlar umduqlarını almayanda Rəsul Rzadan küsürlər. Məni yandırmaq üçün, mənə sataşmaq üçün, məni sancmaq üçün başlayırlar atam haqda hədyanlar yazmağa.”