Aktual

Avropa İttifaqı 20 Rusiya aviaşirkətini “qara siyahı”ya salıb

Avropa İttifaqı 20 Rusiya aviaşirkətini “qara siyahı”ya salıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı hava təhlükəsizliyi səbəbindən 20 Rusiya aviaşirkətini “qara siyahı”ya salıb.

Bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Təşkilatdan verilən açıqlamaya görə, bu qərar xarici təyyarələrin Rusiya reyestrində yenidən qeydiyyata alınması proseduru ilə bağlıdır.

“Mən vurğulamaq istərdim ki, bu qərar Rusiyaya qarşı növbəti sanksiya deyil, bu, yalnız texniki və təhlükəsizlik məsələləri əsasında qəbul edilib. Biz təhlükəsizliyi siyasətlə qarışdırmırıq”, – deyə Aİ-nin nəqliyyat üzrə komissarı Adina Valean vəziyyətlə bağlı şərh verib.