Siyasət

Avropa ölkələri Azərbaycana qarşı ikili mövqe sərgiləyir – Millət vəkilindən AÇIQLAMA

Avropa ölkələri Azərbaycana qarşı ikili mövqe sərgiləyir – Millət vəkilindən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyanın güclü dövlətləri xüsusi ilə Avropa ölkələri bəzi Postsovet ölkələrinə qarşı münasibətdə ikili mövqe göstərirlər. 30 ilə yaxındır ki, zəbt olunmuş torpaqlarımızın azad olunması sahəsində Ermənistana heç bir təsir və təzyiq göstərilmədi . Əksinə bəzi hallarda haqsız müdafiə rolunu oynadılar”

Bu sözləri 7times.az saytına açıqlamasında millət vəkili Cavanşir Paşazadə bildirib.

Azərbaycanın öz gücünə  torpaqlarını  işğaldan azad etdiyini deyən millət vəkili əlavə edib ki, işğaldan azad edilmiş torpaqlarda basdırılmış minaların xəritəsinin Ermənistan tərəfindən Azərbaycana təqdim edilməməsinə iri dövlətlər yenə də göz yumurlar. Onlar hazırda gözləmə mövqeyində qalıblar.

“Halbuki müharibə bir müddətdir ki, başa çatıb. Dünya ölkələri və onların xalqları arasında sülh, dostluq, əməkdaşlıq yaratmaq əvəzinə, zorakılıq , qarşıdurma , səbəbsiz ölümlərin yaranmasını seyr edirlər sanki”

7times.az xəbər verir ki,millət vəkili  Tacikistan və Qırğızıstan sərhədlərində baş vermiş hərbi toqquşmaya da münasibət bildirib. Qeyd edib ki, iki ölkənin sərhədində baş verən hərbi toqquşma zamanı 40  nəfərdən çox insan həlak olub.

“Bu məqamda da Avropa ölkələri müşahidəçi mövqeyində dayanaraq, bir növ onun dərinləşməsini gözləyirlər. Bax, budur dünyada ikili mövqeyin təzahürləri”

Xatırladaq ki, çərşənbə günü Tacikistan və Qırğızıstan sərhədində arasında supaylama məntəqəsinə nəzarətlə bağlı yerli sakinlər arasında ciddi mübahisə yaranıb. Mübahisə  dərinləşdikcə tərəflər bir-birini daşa tutublar. Daha sonra münaqişəyə hərbçilər də cəlb olunublar. Münaqişəyə  səbəb olan amillərdən biri də  iki ölkə arasında ümumi uzunluğu 980 kilometr olan sərhədin təxminən yarısının demarkasiya olunmamasıdır.

AYTƏN SAKİTQIZI