“Avropa bir daha koronavirus pandemiyasının episentrinə çevrilib. Bu, peyvənd nisbətlərinin yavaşlaması, yanlış məlumatların yayılması və məhdudiyyətlərin yumşaldılması ilə olub. Qitədə yoluxma və ölümlərin artmasına görə ölkələr yenidən qapanmanı nəzərdən keçirirlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
T.A.Qebreyesus bildirib ki, keçən həftə Avropada iki milyona yaxın yoluxma qeydə alınıb:
“Bu göstərici pandemiya başlayandan bəri rekorddur. Eyni zamanda, 27 min nəfər öldü. Bu rəqəm keçən həftə bütün koronavirusdan dünyadakı ölüm sayının yarsından çoxunu təşkil edir”.
Follow @7timesaz