Müğənni Aynur Dadaşova uşaqlarının atasını polisə verib.
7Times.az -ın əldə etdiyi məlumata görə, müğənni 4 ildir ki, ailə həyatı quran uşaqlarının atasını polisə verərək onu hədələyir, ölümlə təhdid edir.
Eyni zamanda, sənətçinin şəxsi həyatı ilə bağlı şok faktlar üzə çıxıb.
Əldə etdiyimiz məlumata görə, sənətçinin “ərim” dediyi şəxslə heç vaxt rəsmi nikahı olmayıb. O, qeyri-rəsmi münasibətdə olduğu kişidən iki övlad dünyaya gətirsə də, ata və onun ailəsi A.Dadaşovanı gəlin kimi qəbul etməyiblər. Oğlu 12 yaşında ikən anasından imtina edib. Bunu Aynur Dadaşova özü də dəfələrlə efirlərdə etiraf edərək oğlunun onu görmək istəmədiyini, atasının yeni ailəsi ilə birgə yaşayaraq ondan imtina etdiyini bildirib.
Qeyd edək ki, müğənninin uşaqlarının atası 4 ildir ki, evlidir.
Oğlunun Aynur Dadaşovadan imtina etməsinə gəlincə, buna səbəb övladının 4 il öncə anasına “ya mikrofon, ya mən” istəyinə məhəl qoymaması və müğənnilik fəaliyyəti ilə məşğul olmasıdır. Hazırda müğənninin oğlunun 16 yaşı var, o, atası və onun ailə qurduğu xanımla birgə yaşayır.
Sənətçinin digər övladının isə 6 yaşı var. Məhkəmə yolu ilə görüş hüququ alınmasına baxmayaraq, A.Dadaşova azyaşlı qızını atasına göstərmir. Səbəb olaraq isə oğlunun onunla görüşməməsini bəhanə gətirir.
(yenicag.az)
Follow @7timesaz