Manşet

Ayvazyan XİN rəhbərliyindən getsə, yerinə o gələcək

Ayvazyan XİN rəhbərliyindən getsə, yerinə o gələcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zohrab Mnatsakanyanın istefasından sonra təyin olunmuş Ermənistan XİN rəhbəri Ara Ayvazyan vəzifəsindən ayrılacaq.

7times.az xəbər verir ki, bu barədə “168 Jam” qəzeti yazıb.

Qəzet mənbələrinə istinad edərək Ayvazyanın yerinə onun müavini Artak Apitonyanın təyin ediləcəyini qeyd edir.

Nəşrin məlumatına görə, A. Ayvazyanın hazırkı hakimiyyət orqanları ilə, xüsusən də onların apardığı siyasətlə bağlı ciddi fikir ayrılıqları var:

“Nikol Paşinyan da daxil olmaqla, müxtəlif dövlət məmurları tez-tez Xarici İşlər Nazirliyinə uyğun olmayan və Ermənistanın rəsmi xarici siyasətinə zidd olan açıqlamalar verirlər. Daha sonra isə bu açıqlamalar diplomatik korpusda problemlərə səbəb olur”.

İxtilaflar Ayvazyanın xarici işlər naziri kimi fəaliyyətinin ilk günündən başlayıb. Xüsusilə ötən ilin dekabrında Moskvaya etdiyi səfərdə Türkiyənin bölgədəki siyasəti və Qarabağ müharibəsindəki rolu barədə olduqca kəskin çıxışları Nikol Paşinyanı narahat edib. Daha sonra isə onlar arasında ciddi söhbət baş tutub. 

Bundan əlavə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu yaxınlarda Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində Türkiyə ilə münasibətlərdə düzəlişlər edilməsi lazım olduğunu açıqlamışdı.

Ayvazyan isə buna cavab olaraq müvafiq parlament komissiyasının iclasında İrəvanın rəsmi mövqeyinin yalnız ölkənin Baş naziri və xarici işlər naziri tərəfindən səsləndirildiyini və Armen Qriqoryanın bu sahə ilə əlaqəli olmadığını bildirmişdi.

Zohrab Mnatsakanyanın istefasından sonra təyin olunmuş Ermənistan XİN rəhbəri Ara Ayvazyan vəzifəsindən ayrılacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə “168 Jam” qəzeti yazıb.

Qəzet mənbələrinə istinad edərək Ayvazyanın yerinə onun müavini Artak Apitonyanın təyin ediləcəyini qeyd edir.

Nəşrin məlumatına görə, A. Ayvazyanın hazırkı hakimiyyət orqanları ilə, xüsusən də onların apardığı siyasətlə bağlı ciddi fikir ayrılıqları var:

“Nikol Paşinyan da daxil olmaqla, müxtəlif dövlət məmurları tez-tez Xarici İşlər Nazirliyinə uyğun olmayan və Ermənistanın rəsmi xarici siyasətinə zidd olan açıqlamalar verirlər. Daha sonra isə bu açıqlamalar diplomatik korpusda problemlərə səbəb olur”.

İxtilaflar Ayvazyanın xarici işlər naziri kimi fəaliyyətinin ilk günündən başlayıb. Xüsusilə ötən ilin dekabrında Moskvaya etdiyi səfərdə Türkiyənin bölgədəki siyasəti və Qarabağ müharibəsindəki rolu barədə olduqca kəskin çıxışları Nikol Paşinyanı narahat edib. Daha sonra isə onlar arasında ciddi söhbət baş tutub. 

Bundan əlavə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu yaxınlarda Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində Türkiyə ilə münasibətlərdə düzəlişlər edilməsi lazım olduğunu açıqlamışdı.

Ayvazyan isə buna cavab olaraq müvafiq parlament komissiyasının iclasında İrəvanın rəsmi mövqeyinin yalnız ölkənin Baş naziri və xarici işlər naziri tərəfindən səsləndirildiyini və Armen Qriqoryanın bu sahə ilə əlaqəli olmadığını bildirmişdi.

Artak Apitonyan

qafqazinfo