Aktual

Azad İsazadə: “Qubadlını azad edə bilsək…”

"Bu vəziyyətdə ehtiyatla irəli getmək də pis deyil".

Azad İsazadə: “Qubadlını azad edə bilsək…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Real baxsaq, Azərbaycan Ordusunun nəticələri çox yaxşıdır. Mən hətta ehtiyat edərək bir qədər ləng irəliləməyin tərəfdarıyam. Düşmən necə bacarırsa, o cür müqavimət göstərməyə çalışır. Ləng getməklə imkan verməyəcəyik ki, əks-hücuma keçsin və bizə zərbə vura bilsin. Həm də bununla paralel olaraq beynəlxalq təzyiqlər də güclənə bilər.

Bu fikirləri 7times.az-a hərbi mütəxəssis Azad İsazadə deyib.

Onun fikrincə, son anti-terror əməliyyatları ilə Azərbaycan faktiki status-kvonu dəyişib: “Başqa sözlə, danışıqlar masasında 5+2 rayon yanaşmasını sındırmışıq. Azı iki rayonu azad etmişik. Deməli, söhbət 3+2 formatından gedə bilər. Üstəlik danışıqlarda güclü tərəf bizik. Həm də biz Dağlıq Qarabağın inzibati ərazisi olan iki rayonda da irəliləmişik. Söhbət Xocavənd və Ağdərədən gedir. Hazırda Xocavənd rayonunun kəndləri də bir-bir azad edilir. Bu onu deməyə əsas yaradır ki, gələcəkdə danışıqlar zamanı ermənilərin nəzarət etdiyi ərazinin yarısı azalır. Başqa sözlə, Dağlıq Qarabağda cəmi iki rayon qalır – Xankəndi və Şuşa. Ətrafda qalır Laçın, Kəlbəcər və Qubadlı. Biz Qubadlını azad edə bilsək, Zəngilan avtomatik keçir bizim əlimizə. Ona görə, bu vəziyyətdə ehtiyatla irəli getmək də pis deyil. Həm də, anlamalıyıq ki, bu məsələdə kaputlyasiya olmayacaq. Təslimçi sülh olması üçün biz Ermənistan ərazilərində vuruşmalıyıq. Amma belə niyyət və arzumuz da yoxdur. Odur ki, indi biz nə qədər ərazilərimizdən geri qaytarsaq ermənilər başlayacaq siyasi istiqamətdə, informasiya mübarizəsinə üstünlük verəcək. Sabah biz Xankəndi və Şuşanı da azad etsək ermənilər dinc oturmayacaq. Onlar belə millətdir”.teleqraf.com