2 avqust Milli Kino Günü, ölkəmizdə kino işçilərinin peşə bayramıdır.
2023-cü il kinematoqrafiyamız üçün xüsusilə əlamətdardır. Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının isə 100 illiyi qeyd olunur.
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2-9 avqust tarixlərində ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarında “Azərbaycan kinosu həftəsi” adı altında klassik filmlərimizin nümayişi həyata keçiriləcək.
Kino Günü münasibətilə həmçinin kinoteatrlarda da Azərbaycan filmlərinin retrospektiv baxışı təşkil ediləcək. Aksiya çərçivəsində milli filmlərimizi izləmək üçün kinoteatrlara giriş sərbəst olacaq.