İdman

Azərbaycan klubu bu məbləği ödəməsə, işə FIFA qarışacaq

Azərbaycan klubu bu məbləği ödəməsə, işə FIFA qarışacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toral Bayramlı – “Səbail” məsələsi hələ də öz həllini tapmır.

Offsideplus.az xəbər verir ki, AFFA Apellyasiya və Arbitraj Tribunalının qərarı ilə Bakı təmsilçisi futbolçuya 70 min manat ödəməli idi. Lakin qərarda yekun tarix öz əksini tapmamışdı. “Dənizçilər”in rəhbərliyi bundan istifadə edərək ödənişi etmirdi. Sonradan Tural Bayramlının vəkili Elcan Həsənli FIFA-ya müraciət edib. Daha sonra federasiyanın baş katibi Sərxan Hacıyev hüquqşünasla görüşərək məsələnin həlli yolunu tapmağa çalışıb. FIFA ilə qurum arasındakı danışıqlardan sonra AFFA “Səbail”ə məktub göndərərək ödənişin 31 mart tarixinə kimi edilməsini tələb edib.

Bu məlumatı saytımıza açıqlamasında Elcan Həsənli təsdiqləyib. “Səbail” bu vaxta kimi 70 min manatı ödəməsə, FIFA yenidən işə qarışacaq. Bunun nəticəsində də Bakı təmsilçisinə ya transfer etmək qadağı veriləcək, ya da avrokuboklarda iştirak edə bilməyəcək.