Ölkə

Azərbaycan Ordusu döyüş atışları icra edir – VİDEO

Azərbaycan Ordusu döyüş atışları icra edir – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

7times.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Həyəcan siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər.

Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.