Ölkə

“Azərbaycan qlobal dayanıqlı inkişafa töhfə verir” – MİLLƏT VƏKİLİ

“Azərbaycan qlobal dayanıqlı inkişafa töhfə verir” – MİLLƏT VƏKİLİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı yeni inkişaf mərhələsi kimi xarakterizə oluna bilər. Bu, ilk növbədə ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi və Azərbaycanın qlobal təşəbbüslərin əsas iştirakçısı kimi dəstəklənməsi deməkdir. Belə ki, son vaxtlar Azərbaycan bütün beynəlxalq platformalarda əsas aktor kimi çıxış edərək proseslərə öz töhfəsini verməkdədir. Nəzərə alsaq ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi dayanıqlı inkişafı sürətləndirmək və iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün BƏƏ və onun təmiz enerji şirkəti “Masdar” tərəfindən dəstəklənən qlobal təşəbbüsdür. Bu mənada bu platforma Azərbaycanın yaşıl enerji imkanlarını dəyərləndirilməsi baxımından olduqca vacibdir”.

Bunu 7Times.az-a açıqlamasında deputat Könül Nurullayeva bildirib. O qeyd edib ki, Azərbaycanın əməkdaşlıq etdiyi BƏƏ-nin nüfuzlu “Masdar” şirkəti ilə müştərək layihələrin yaxşı perspektivi var:

“Üstəlik, ölkəmizin zəngin bərpa olunan enerji potensialı mövcuddur. Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvotoriyasında, Abşeron yarımadasında, Bakıda, habelə Xızı rayonu daha əlverişili sayılır. İşğaldan azad olunmuş ərazilərdə də zəngin bərpa olunan enerji potensialı mövcuddur. Beynəlxalq proqnozlar da gələcəkdə tələbatın artacağını deməyə əsas verir. Belə ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpa olunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. Ümumilikdə, proqnozlarda da qeyd olunur ki, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95%-i bərpa olunan enerji mənbələrinin payına düşəcək”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq var: “Təbii ki, bu da müxtəlif səbəblərlə bağlıdır. Belə ki, dövlət başçımızın da qeyd etdiyi kimi, həm ölkəmizdə sabitlik, həm iqtisadi inkişafla bağlı dünyada çox müsbət fikirlər var. Ən əsası, siyasətin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı cəlbediciliyi daha da artırır. BƏƏ ilə münasibətlərə gəlincə, iki ölkə arasında əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri qurulub və bu əlaqələr strateji əhəmiyyətə malikdir. Hər iki ölkə bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Azərbaycan Prezidentinin bu ölkəyə işgüzar səfəri, Dayanıqlılıq Həftəsinin açılışında iştirakı həm siyasi, həm də iqtisadi əməkdaşlıq baxımından daha geniş perspektivlər açır”.

7Times.az