“Türkmənistan, Azərbaycan və Türkiyə Prezidentlərinin zirvə toplantısı keçiriləcək.”
7Times.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Nazirlər Kabinetinin geniş tərkibli iclası zamanı deyib.
O bildirib ki, zirvə toplantısı avqust ayında Türkmənistanda “Avaza” adlı turizm bölgəsində baş tutacaq.
Q. Berdiməhəmmədov əlavə edib ki, görüş üçtərəfli dostluq münasibətlərini daha da gücləndirməyə xidmət edir.
Onun sözlərinə görə, Xəzəryanı dövlətlərin dövlət başçılarının 6-cı görüşünün də Türkmənistanda keçirilməsi planlaşdırılır.
Follow @7timesaz