Azərbaycan Türkiyənin kinematoqrafiya sahəsində olan təcrübəsindən yararlanmaq istəyir.
7Times.az ın xəbərinə görə, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ‘Dailiy Sabah’ dərgisinə müsahibəsində deyib.
O, qeyd edib ki, iki ölkə ortaq filmlər çəkməyi planlaşdırır.
Eyni zamanda Azərbaycan 2023-cü ildə türk dünyasından seçilmiş filmlərin təqdim olunacağı festivala ev sahibliyi etmək niyyətindədir.
Follow @7timesaz