Ötən il dini dözümsüzlüyü, nifrət və ayrı-seçkiliyi təbliğ edən 150 adda kitabın Azərbaycana idxalının qarşısı alınıb.
7Times.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.
Qeyd edilib ki, 2023-cü ildə ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 235 adda dini ədəbiyyata baxılıb, onlardan 11-nin çapı məqsədəuyğun hesab edilməyib
Həmçinin, ötən il 938 adda (730,3 min ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.
Follow @7timesaz