Ölkə

Azərbaycanda intihar hadisələrinin sayı ARTIB 

Azərbaycanda intihar hadisələrinin sayı ARTIBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib.

 

7Times.az  xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib.
O bildirib ki, bunun 180-ı Bakıda, 440-ı isə respublikanın digər rayon və şəhərlərində qeydə alınıb:

 

“2023-cü ildə intiharlarla bağlı 35 cinayət işi başlanmaqla 5 cinayət işi məhkəməyə göndərilib. 2 iş üzrə ittiham hökmü çıxarılıb, 3 iş məhkəmə baxışındadır”.

 

Qeyd edək ki, 2022-ci ildə Ədliyyə Nazirliyi tərəfindən 609 intihar hadisəsi qeydə alınıb.