Bakı şəhəri üzrə ən çox koronavirusa yoluxma Binəqədi rayonunda qeydə alınıb.
7times.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytı məlumat yayıb.
Belə ki, Binəqədi rayonunda koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.7 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.9 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.8 faiz, Qaradağda 5.4 faiz, Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.
Ölkə üzrə yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.
Follow @7timesaz