Ölkə

Azərbaycanda qızlar niyə yoxa çıxır? – Görün hardan tapılırlar (VİDEO)

Azərbaycanda qızlar niyə yoxa çıxır? – Görün hardan tapılırlar (VİDEO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar ölkəmizdə qadınların itkin düşməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. 

Tapılmaları ilə bağlı xəbərlər isə az olur. Görəsən qadınlarımız-qızlarımız evlərdən niyə qaçırlar? Yaxud bu insanlar hara yoxa çıxırlar? Tapıldıqdan sonra aqibətləri necə olur?

DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyir ki, xəbərlərin say çoxluğuna baxmayaraq, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir.

Onun sözlərinə görə, itkin düşmə halları ilə bağlı daxil olan məlumatların hər biri yoxlanılır.

Bu günə qədər gəlinən əsas qənaət belədir ki, itkin düşənlərin əksəriyyəti valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına gedirlər.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova evdən qaçma, itkin düşmə kimi halların müxtəlif səbəbləri olduğunu, valideynlərin diqqətli olmasının vacibliyini, sosial şəbəkələrin ciddi tələ olduğunu qeyd etdi: “Hansısa qruplaşmalara qoşula bilərlər, kimlərsə tərəfindən aldadıla bilərlər. Sosial şəbəkələr çox ciddi tələdir. Qızlar insan alverçiləri tərəfindən aldadıla bilərlər. İnsan alveri yalnız xaricə daşınma deyil, eyni zamanda, ölkə daxilində də baş verə bilər. Bəziləri özünü sübut eləmək istəyir. Bu uşaqlarda da var, böyüklərdə də. Mən sübut edəcəm ki, insanam,  şəxsiyyətəm. Amma belə hallar riskli davranışa gətirib çıxarar. Tələskənlik olur, kimlərsə təkliflər verir. Tez tələyə düşürlər, daha tez zərərçəkmişə, narkotik qurbanına, ya da insan alveri qurbanına çevrilirlər. Bu baxımdan çox ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə, hər şeyi tez həll etmək bəzi hallarda çox risklidir. Sənin biliyin, təcrübən yoxdursa, səndən sui-istifadə edəcəklər. Özünü təsdiq etmək istəyən şəxslər bu tələskənliyin qurbanına çevrilə bilərlər”.

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, evlərindən qaçan şəxslər düşünürlər ki, ailələrindən kənarda yaşasalar, sosial şəbəkələrdə göstərilən ideal həyatı sürəcəklər: “Ailə basqısı onlarda tükənmişlik sindromunu, özgüvənsizlik sindromunu həyata baxışında dəyişiklik edə bilərlər. Ailə basqısı nəticəsində onlarda azadlıq qavramı başqa cürdür. Sosial şəbəkə də tanış olduqları eləcə də realda tanış olduqları insanların onları aldadaraq onlara qoşulub qaçmasını təmin etməsidir. Bütün bunların fonunda bu gün ki, yaşamlarından bezmələri həyat tərzlərindən razı olmamaları və daha rahat həyata  can atmalarıdır.Bunu əsas götürərək onlar həyat tərzlərini dəyişməyə qərar alırlar ama çox asand yolla bunu etməyə çalışırlar bu da faciəyə gətirib çıxara bilər”.

Kriminalist Teymur Baloğlanov isə deyir ki, ümumilikdə Azərbaycanda hər il təxminən 800-1000 arası itkindüşmə halı olur: “İtkin düşmüş şəxslərin araşdırması zamanı ilk növbədə şəxsin itkin düşməsindən əvvəlki hərəkətləri təhlil edilir və araşdırılır ki, həmin şəxslər evini tərk edərkən özlərinə məxsus şəxsi əşyalarını telefon,şəxsiyyət vəsiqəsi, pasport və digər vacib predmetləri özləriylə götürüb-götürməməyi müəyyən edilir”.

Kriminalist onu da qeyd etdi ki, qadınların aldadılaraq ölkədən kənara, xüsusi ilə Dubaya,Türkiyəyə və digər ölkələrə aparılması halları da az deyil.

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin sözlərinə görə, qızların din adı altında aldadılıb qaçırılması hallarına rast gəlinir. Onun fikrincə, bu kimi hallar daha çox savadı, dünyagörüşü məhdud olan qızların başına gəlir: “Qızların din adı altında aldadılaraq aparılması və onun iradəsinə zidd hərəkətlərlə müşayiət olunursa və sutka ərzində istsmar olunursa mütəşəkkil cinayətin tərkibidir. Burada ümumiyyətlə din adı altında məcrasından kənara çəkmək buda bir sui istifadə halıdır”.

Mütəxəssislər düşünürlər ki, itkin düşmə halları əksər hallarda fərdin öz seçimləri ilə bağlı olur. Buna görə də həm cəmiyyət olaraq bu məqamlara diqqət etməli, həm də övladlarımızın seçimlərindən vaxtında xəbərdar olmalıyıq. Əks halda göz yaşı, faciə, bədbəxtlik qaçılmaz olur.