Ölkə

Gələn il büdcədə neftin qiyməti məlum oldu

Gələn il büdcədə neftin qiyməti məlum oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il dövlət büdcəsində xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürüləcək.

Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.

Qeyd edilib ki, 2026-cı ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,6 faizi həcmində yəni 38,423.0 milyon manat nəzərdə tutulur.