Ölkə

“Azərbaycanda rejissor və dramaturq qıtlığı var, dramarturji əsərlər yazan yoxdur” – Xalq artisti 

“Azərbaycanda rejissor və dramaturq qıtlığı var, dramarturji əsərlər yazan yoxdur” – Xalq artistibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda təəssüf ki, dramaturgiya qıtlığı var. Bizdə dramarturji əsərlər yazan yoxdur”.
Bunu 7Times.az-a açıqlamasında xalq artisti Kazım Abdullayev deyib.
Onun sözlərinə görə, dramuturji əsərlərin yox dərəcəsində olmasına görə, teatrlarda xarici əsərlərə müraciət etmək məcburiyyətində qalırlar: “Təbii ki, öz dramaturqlarımız olsa, biz də istifadə edərik. Amma təəssüf ki, yoxdur. Ya Mədəniyyət Nazirliyi bu sahəyə az vəsait ayırır, ya da ki, ümumiyyətlə yetişmir. Çünki indi hər şey maddiyyat üzərində qurulub. Yəni, yazıçılar yazanda bilməlidirlər ki, bundan pul qazanacaqlar, yoxsa yox”.
“Bəlkə də yazıçılar, dramuturqlar nazirliklə işləməli və ya teatrlara müraciət etməlidirlər. Yəni, onlarda inam olmalıdır. İnam isə yoxdur. Əgər, inam olsa ki, gənc yazıçıların yazdıqlarını tamaşaçılar qəbul edəcək, əlbəttə ki, onların əsərlərindən tamaşalarda istifadə etmək olar. Ümumiyyətlə, bizdə dramaturgiya ilə yanaşı, həm də rejissor qıtlığı var. Aktyor çoxdur, demək olar ki, hər yaşdan aktyor var. Amma rejissor və dramaturq azdır. Bunu da aradan qaldırmaq lazımdır”, – deyə xalq artisti əlavə edib.