Qarabağ

“Azərbaycanı Naxçıvanla birləşdirən yolu verəcəyik, buna razıyıq” – Paşinyan söhbətə nöqtə qoydu

“Azərbaycanı Naxçıvanla birləşdirən yolu verəcəyik, buna razıyıq” – Paşinyan söhbətə nöqtə qoydubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan regional nəqliyyat və iqtisadi kommunikasiyaların blokadadan çıxarılmasında maraqlıdır”.

Erməni mediasının yazdığına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukla görüşündə deyib.

“Mən dəfələrlə açıq şəkildə bəyan etmişəm ki, biz konkret qərarlar qəbul etməyə hazırıq və onların mahiyyəti bundan ibarət olmalıdır: Ermənistan Azərbaycan ərazisindən, Azərbaycan da Ermənistan ərazisindən avtomobil və dəmir yolu əlaqələrindən istifadə etməlidir. Bu, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yollara da aiddir”, – deyə Paşinyan qeyd edib.