Aktual

Azərbaycanın ən çox ixrac edilən meyvə-tərəvəz məhsulları AÇIQLANDI

Azərbaycanın ən çox ixrac edilən meyvə-tərəvəz məhsulları AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 408 milyon 242 min 300 ABŞ dolları dəyərində 383 296,07 ton meyvə-tərəvəz ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Bildirilib ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 12% artıb, həcmi isə 2,7% azalıb.

Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.

Hesabat dövründə 134 milyon 228 min 940 dollar dəyərində 112 301,96 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 4,7% çox və 5,7% azdır.

Cari ilin yanvar-avqust ayları ərzində 62 milyon 964 min 750 dollar dəyərində (39,8% artım) 11 379,11 ton (artım 48,7%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 18 milyon 265 min 880 dollar dəyərində 27 502,32 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 7,9% artım, həcm olaraq isə 19,9% azalma müşahidə olunub.

Bu ilin yanvar-avqust aylarında ölkədən 29 milyon 669 min 590 dollar dəyərində (6,9% az) 39 075,65 ton (azalma 7,7%) xurma ixrac olunub.

Hesabat dövründə nar ixracının dəyəri 19% azalaraq 2 milyon 424 min dollar, həcmi isə 20% azalaraq 1 541,27 ton təşkil edib.

İxrac üzrə hesabata bu ilin ilk səkkiz ayında 35 milyon 85 min 750 dollar dəyərində 78 215,52 ton kartof məhsulu ixrac olunub ki, bu da illik ifadədə dəyər baxımından 11,9%, həcm ifadəsində isə 14,8% azdır.