Ölkə

Azərbaycanın Niderlanddakı səfiri DƏYİŞDİ

Azərbaycanın Niderlanddakı səfiri DƏYİŞDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri ilə bağlı sərəncam imzalayıb.

7Times.az xəbər verir ki, sərəncama əsasən, Fikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Digər sərəncamla Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.