Son 40-45 ildə Azərbaycanın şirin su ehtiyatları 25 % azalıb.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, 1980-ci illərdən bəri Xəzər dənizinin səviyyəsi iki metrə yaxın aşağı düşüb, Kür çayının suyu isə oxşar həcmdə azalıb: “Bunlar, bölgəmizdə iqlim dəyişikliyinin canlı sübutlarıdır. Su ehtiyatlarının azalması fonunda içməli su və suvarma şəbəkələrində itkilər hələ də yüksəkdir, əhalinin yalnız üçdə biri müasir tullantı su xidmətlərinə çıxış əldə edir”.
Follow @7timesaz