Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.
7Times.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, B.Əhmədov 4 iyul 1984-cü ildə anadan olub. O, Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.
Baş prokurorun müavini bu təyinata qədər Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub.
Follow @7timesaz