Siyasət

“Azərsu” öhdəliklərlə bağlı Nazirlər Kabinetinə müraciət edib

“Azərsu” öhdəliklərlə bağlı Nazirlər Kabinetinə müraciət edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son illərdə Bakı şəhərində fasiləsiz su təchizatı 80 faizin üzərindədir. Baxmayaraq ki, Bakı şəhərinin Sovet dövründə dizayn olunmuş şəbəkə və qurğuları bu imkana hesablanmamışdı. 3 saat səhər və  3 saat axşam olmaqla gün ərzində cəmi 6 saat su verilirdi. Görülən işlər nəticəsində paytaxtın 80 faizinin fasiləsiz su təchizatına nail olunub”.

7times.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli bugünkü mətbuat konfransında deyib.

“Azərsu” rəsmisi bildirib ki, tariflərin artırılması istehlakçıların su ilə təmin olunmasını yaxşılaşdıracaq. O qeyd edib ki, “Azərsu” ASC-nin funksiyalarından biri də formalaşan tullantı sularının idarə olunmasıdır: “Magistral kollektorlara yağış suyunu nəql edən kollektorların qarışması nəticəsində həm də yağış su kollektorları da cəmiyyətin üzərinə öhdəlik olaraq düşüb. Əslində isə bu, ayrılmış sistem olmalıdır.

Abşeron yarımadasında yerləşən 60-dan çox qəsəbə – Bakı, Sumqayıt, Xırdalan və ətraf ərazilərin 70 faizi  kanalizasiya sistemi ilə təmin olunmadan inkişaf etdirilib. Bu ərazilərdə subasma hallarının müşahidə edilməsi torpaq sahələrinin süni surətdə yaradılması – təbii göllər, sututarların torpaqla doldurularaq tikinti həyata keçirilməsi səbəbindən baş verib. Biz müəyyən etmişik ki, bu qəsəbələrin hər birində 50–yə yaxın ünvanda subasma halları insanların özü səbəbindən baş verib. “Azərsu” həm qrunt, həm də səth suları ilə bağlı öhdəliklərin müəyyən edilməsi üçün Nazirlər Kabinetinə müraciət edib. Bundan sonra həm öhdəliklər müəyyən olunacaq, həm də hansı qurumlar tərəfindən icra olunması müəyyənləşəcək. Bundan sonra səth sularının idarə olunması və istismarının təşkili həyata keçiriləcək”.