Ölkə

AzTV-nin filmi erməniləri qorxuya saldı: “Ermənistan xəritədən silinir” – FOTO/VİDEO

AzTV-nin filmi erməniləri qorxuya saldı: “Ermənistan xəritədən silinir” – FOTO/VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin hazırladığı “Göyçə gülü” sənədli filmi Ermənistanda böyük rezonans doğurub.

QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatına görə, AzTV-də yayımlanan və Qərbi Azərbaycandan (hazırkı Ermənistan ərazisi – red.) bəhs edən film rəsmi İrəvanda müəyyən dairələrdə çaxnaşma yaradıb.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan özünün “X” (keçmiş “Twitter”) mikrobloqunda: “Azərbaycan dövlət televiziyası indicə 35 dəqiqəlik film nümayiş etdirib. Bir sözlə, Ermənistan Respublikasının bütün suveren ərazisini Azərbaycanın ərazisi kimi təqdim edir. Gördüyünüz kimi, Ermənistan xəritədən yoxa çıxır”, – deyə qeyd edib.
Bu, bir daha göstərir ki, Ermənistan Azərbaycanın hazırladığı bir filmdən belə çəkinir və vahiməyə düşür. Onlar 44 günlük müharibədəki “dəmir yumruq”dan sonra hələ də sayıqlamağa davam edirlər.

Qeyd edək ki, layihənin rəhbəri Ruslan Həsənovdur.