Ölkə

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 11-12-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.

7Times.az xəbər verir ki, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.