Gündəm

Bakıda gecə saatlarında dəhşət – Ölən və yaralılar var

Bakıda gecə saatlarında dəhşət – Ölən və yaralılar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 21:14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Baş DYP İdarəsindən verilən məlumata görə, “VAZ 2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitələri ilə toqquşaraq aşıb.

Toqquşma nəticəsində “VAZ 2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.