Ölkə

Xaçmazda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Xaçmazda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən dahi şəxsiyyətdir. Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən illərlə problemə çevrilən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilib.
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Ümummilli Liderin xilaskarlıq missiyasından, dövlətçilik irsindən və ölkənin gələcək inkişaf strategiyasının formalaşdırılmasında müstəsna rolundan danışıb.
Şəhid anası Bibixanım Mirzəməmmədova Ulu Öndərin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən, ölkəmizin inkişafına verdiyi töhvələrdən geniş söhbət açıb.
Rəsmi hissədə doğum günlərini qeyd edən şəhid anaları Əzizə Səmədovaya və Səməngül Hüseynliyə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən Fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
Tədbir yerli mədəniyyət işçilərinin hazırladığı geniş konsert proqramı ilə davam edib.