Ölkə

Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub

Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər.

Tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan İtalya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşüblər.