Gündəm

Bakıda silahlı insidentdə xəsarət alanların adları açıqlandı – VİDEO + YENİLƏNDİ

Bakıda silahlı insidentdə xəsarət alanların adları açıqlandı – VİDEO + YENİLƏNDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda baş verən atışmada yaralananların adları açıqlanıb.

Sfera.az xəbər verir ki, onlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü il təvəllüdlü Tamerlan Hüseynovdur.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib.

***

14:52

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Bu barədə Sfera.az-a TƏBİB-dən bildirilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***

14:52

Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.

Məlumat Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.

Bildirilib ki, hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.

“Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək”, – DİN-dən bildirilib.