Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
7Times.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
İşlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Follow @7timesaz